BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin 7-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib.
Bu barədə TurkicWorld-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri Fuad Muradov Qazaxıstan Respublikasının “Otandastar Fondu”nun prezidenti Daniyar Kadyrov və Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kahraman Sarievlə görüşüb.
Görüşlərdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından danışılıb, diasporlarımızın ortaq fəaliyyət imkanları müzakirə edilib.
Özbəkistan və Qazaxıstan tərəfi Azərbaycanın diaspor təcrübəsini yüksək qiymətləndirdiklərini və bu təcrübədən faydalanmağın zəruriliyini diqqətə çatdırıblar.
Əməkdaşlıq sahəsində dinamiklik müsbət dəyərləndirilib, Azərbaycan, özbək və qazax diasporlarının görüşlərinin təşkili ilə bağlı razılığa gəlinib







