Bakı, TurkicWorld
Avqustun 16-da Naxçıvan Dövlət Universitetinin (NDU) "Maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi" (ECOLEAD) layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorunun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Elbrus İsayev arasında memorandum imzalanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, ilk olaraq 24 may 2024-cü il tarixdə Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış memorandumun məqsədi ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir.