Son dəqiqə

Qarabağ

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib

Bakı. TurkicWorld

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Qurban Qurbanovun yetirmələri “Lüdoqorets”in qonağı olub. Bakıda 1:2 hesabı ilə uduzan “Qarabağ” Bolqarıstanda revanş ala bilib. Görüşün əsas vaxtında 3:2 hesablı qələbə qazanan Ağdam klubu əlavə vaxtında daha 4 qol vurub. Yekunda səfərdə 7:2 hesabı ilə qalib gələn Azərbaycan çempionu adını pley-offa yazdırıb.

Qeyd edək ki, cütün qalibi pley-offda Zaqreb “Dinamo”su ilə qarşılaşacaq.

Mövzuya görə xəbərlər