Son dəqiqə

TÜRKPA Baş katibi Ramil Həsən Türk Dövlətləri təşkilatı zirvəsində iştirak edib

BAKI,TurkicWorld

TÜRKPA Baş katibi Ramil Həsən Qazaxıstanın Türkistan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.

TurkicWorld xəbər verir ki, Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman çıxış ediblər.

Yüksək səviyyəli görüşdə həmçinin Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri iştirak edib, o cümlədən TDT Baş katibi Kubanıçbek Ömüralıyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibi Sultan Raev və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti prof. dr. Aktotı Raimkulova.

Görüş çərçivəsində TÜRKPA Baş katibi Ramil Həsən həmçinin Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.