Son dəqiqə

Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı Azərbaycan Dövlət Rəsm Qalereyası rəsm sərgisi

Bakıda peşəkar rəssam və həvəskar tələbələrinin "Fərqli dünyalar" adlı sərgisi keçirilib

Bakı, TurkicWorld :

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi və Ülvi Art Studiyasının təşkilatçılığı ilə “Fərqli dünyalar” adlı qrup sərgisi keçirilib.

TurkicWorld xəbər verir ki, sərginin açılışı iyunun 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda baş tutub.

Sərginin məqsədi müasir incəsənətimizi zənginləşdirmək, hər biri fərqli təxəyyül dünyasına malik olan gənclərimizin sosial, eləcə də incəsənət aktivizmini önə çıxarmaq və onları geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir.

Sərginin təşəbbüskarı , 2018-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü , bir çox beynəlxalq sərgilər və mükafatların sahibi, 18 illik rəssamlıq fəaliyyəti müddətində 500-dən çox tələbə və mindən çox əsərin müəllifi olan Ülvi Yadigarlıdır. Sənətşünas Xanım Rzayevanın kuratorluğu ilə baş tutan sərginin ekspozisiyasında Ülvi Art Studiyasının 24 həvəskar rəssam tələbəsinin (Aşurlu Onur, Əsgərova Aysu, Qurbanova Gülnar, Qurbanzadə Aydan, Şahverdiyeva Aysel, Abbasova Əfsanə, Musalı Jalə, Hüseynova Turanə, Babayeva Zöhrə, Əliyeva Fatimə, Zamanova Arzu, Yadigarlı Aynur, Quliyeva Kəmalə, Rəhimova Nazlı, Qəhrəmanova Xumar, Tağıyeva Gülər, Mədətova Aytac, Ağayeva Nərmin, Alsu Hümbətova, Fatimə Əlibaxşiyeva, Cavad Müslümlü, Gülbəyim Məmmədova, Ləman Nağıyeva, Məryəm Bağırova ) əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, sərgi 10 gün müddətində, həftəsonu saat 10:00 - 15:00 , həftəiçi isə 09:00 - 17:00 saat aralıqlarında incəsənət sevərlər üçün fəaliyyət göstərəcək. Ünvan: Azərbaycan Rəssamlar İttifaqı / Bakı şəhəri, Xaqani küçəsi 43







Mövzuya görə xəbərlər