Qubadlı. TurkicWorld:
Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin N Saylı hərbi hissəsində 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü ərəfəsində sərhədçilərlə görüş olub.
TurkicWorld xəbər verir ki, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan görüşdə sərhədçilərlə bərabər, şəhid ailələri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT təmsilçiləri də iştirak ediblər.
Öncə silah və texnikalara baxış keçirilib və onlara ətraflı məlumat verilib eyni zamanda Tank üzərində gəzinti təşkil edilib. Daha sonra konsert proqramı təşkil edilib.
Çıxış edənlər bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tarix yazaraq torpaqlarımızı işğaldan azad edib. Bu gün ərazi bütövlüyü və süvürenliyi bərpa olunan ölkəmizin sərhədləri əmin əllərdə olduğu vurğulanıb. Daha sonra sərhədçi əsgərlərə hədiyyələr təqdim olunub. Dövlət sərhəd xidmətinin orekstr qrupunun ifasında konsert proqramı təşkil edilib. Sərhədçilər və qonaqlar rəqs ediblər.