Bakı. TurkicWorld:
2-3 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası İqtisadiyyatı fakültəsi, Konya Səlcuq Universiteti, İqtisadiyyat və İdarəetmə Fakültəsi və Sosial Elmlər İnstitutunun birgə təşkil etdiyi VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konqresi başa çatıb.
TurkicWorld xəbər verir ki, konfransa beş ölkədən 160-dan çox məruzə təqdim olunub.
Konqres iki ölkə arasında əməkdaşlığın təkmilləşdirilməsi, universitetlər arasında akademik heyət və tələbə mübadiləsi, elmi infrastrukturun paylaşılması, birgə layihələr həyata keçirərək model yaradılması kimi əsas məsələlərin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Konqresə Milli Məclis Millət vəkili Prof. Dr. Jalə Əliyeva, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Dövlət İqtisad Universitetinin prorektorları Dos. Dr. Fariz Əhmədov və Səadət Qəndilova, T.R. Bakı səfirliyinin müşavirləri prof. Dr. Muhittin Macit və İlhan Şen, Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Közhan Yazqan, Türk Dünyası İqtisadiyyat fakültəsinin dekanı Prof. Dr. Mehmet Yüce, Səlcuq Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Dekanı Prof. Dr. Mehmet Göküş, Sosial Elmlər İnstitutunun direktoru Prof. Dr. Şükrü Balcı, Təşkilat Şurasının üzvü Prof. Dr. Haldun Soydal və çox sayda akademik, tələbələr, media mənsubları və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb
Hafiz Rufizoğlu