Son dəqiqə

Xocalı

Xocalıda yeni tapılan məzarlıqda insan qalıqlarının sayı arta bilər

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, martın 28-də martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında insan qalıqları aşkarlanıb.

TurkicWorld-in Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev deyib.

Onun sözlərinə görə, məhkəmə tibbi ekspertləri hazırda burada iş aparırlar.

"Tapılan insan qalıqları qablaşdırılaraq götürələcək. Aparılan araşdırmalardan sonra qalıqları tapılan şəxslərin yaşı, boyu hansı şəraitdə ölmələri ilə bağlı məlumatlar məlum olacaq", - deyə sədr əlavə edib.

Qeyd edək ki, ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib. Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.

Mövzuya görə xəbərlər