Son dəqiqə

Xocalı

Tapılan bütün meyit qalıqlarının eyniləşdirmə prosesi sürətlə davam etdirilir - Eldar Səmədov

Bakı. TurkicWorld:

Martın 28-də Xocalıda tapılmış məzarlıq yeri bugün mütəxəssislər tərəfindən baxış keçiriləcək.

Bunu TurkicWorld-in Xocalıya ezam olunmuş əməkdaşına açıqlamasında Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, onun sözlərinə görə eyniləşdirilməsi başa çatmış 73 nəfərin son sənədləşmə prosesi yekunlaşmaq üzrədir.

“Bu proses başa çatdıqdan sonra həmin şəxslərin nəşləri ailələrinə tədim olunacaq və dəfn mərasimləri keçiriıəcək”, - deyə E. Səmədov əlavə edib

Mövzuya görə xəbərlər