Xocalı. TurkicWorld:
Bu gün Xocalı soyqırımı qurbanlarının tapılmış nəşlərinin qalıqları Xocalıda dəfn edilir.
Bu barədə TurkicWorld-in Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.
Dəfn mərasimində rəsmi şəxslər, media və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 21 nəfərin qalıqları aşkar edilib. Onlardan 9-nun adları məlum olub.
Həmin şəxslər aşağıdakılardır:
(Xocalı rayon sakinləri) 1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il 2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il 3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il 4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il 5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935 6. Nəcəfov Şiraslan Məmiş oğlu - 1952-ci il təvəllüdlü
(Xankəndi şəhər sakinləri) 7. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il 8. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il 9. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il
İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.
Xatırladaq ki, Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun nəşinin qalıqları isə yaxınlarının istəyi ilə martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunmuşdu.