Gələn il Xorvatiyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Gələn il Xorvatiyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Bakı. TurkicWorld:

Gələn il Xorvatiyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan-Xorvatiya biznes-forumunda deyib.

Onun sözlərinə görə, iki ölkənin enerji, turizm, kənd təsərrüfatı sahələrində qarşılıqlı fəaliyyəti aktivdir, lakin mədəni əlaqələrin daha fəal inkişafı üçün potensial mövcuddur.

Nazir müavini qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznesin təşkilində Xorvatiya şirkətlərinin iştirakı çox vacibdir.