İslamafobiyaya qarşı mübarizə ciddi təhlükə ilə üzləşir - Kavtar Najib

İslamafobiyaya qarşı mübarizə ciddi təhlükə ilə üzləşir - Kavtar Najib

Bakı. TurkicWorld:

İslamafobiyaya qarşı mübarizə ciddi təhlükə ilə üzləşir.

TurkicWorld xəbər verir ki, bunu Liverpul Universitetinin İnsan Coğrafiyası Sosial və Məkan Bərabərsizlikləri üzrə müəllimi Kavtar Najib "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

"İslamofobiya qlobal bir fenomendir. Müsəlmanlar buna görə çox sıxışdırılır. Dünyanın bir çox ölkələrində özünü büruzə verir. Siyasət və media bu fenomenin təsirinə məruz qalır. Fransada daima islamofobiyaya çağırışları, vədləri eşidirik. Bəzən insanlar dünyəvilik adı altında cinsi qısnamaya məruz qalırlar. Bunların hər biri siqnallardır",- deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.