Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslamafobiya İslam Dünyası rəsmi açıqlama təxribatçı karikatura

Peyğəmbərimizə qarşı edilən təhqirə dözməyəcəyik - Ərdoğan

BAKI, TurkicWorld

Prezident Ərdoğan təxribatçı karikaturaya sərt reaksiya verib.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti və AK Parti sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Genişləndirilmiş İl Başçıları Toplantısında verdiyi açıqlamada, gündəmdə yayılan karikaturanın yumor maskası altında həyata keçirilən açıq və rəzil bir təxribat olduğunu bildirib.

Ərdoğan vurğulayıb ki, Məhəmməd peyğəmbərimizə və digər peyğəmbərlərə qarşı edilən həyasız davranışlar qanun qarşısında cavablandırılacaq və məsuliyyət daşıyanlar ciddi şəkildə təqib olunacaq.

Prezident, ölkədə müqəddəs dəyərləri təhqir edən hər kəsə qarşı dözümsüzlük nümayiş etdirəcəklərini və hüquq-mühafizə orqanlarının artıq tədbirlər gördüyünü qeyd edib.

O, həmçinin gənclərə qəzəblərinin şüurunu örtməmələri üçün səbirli olmalarını tövsiyə edib.

“Nə qədər ki, biz bu mövqedəyik, adından asılı olmayaraq, bu ölkədə müqəddəs dəyərlərimizi təhqir edən heç kəsə dözməyəcəyik. Yolumuzu işıqlandıran, qəlblərimizi şəfqətlə dolduran əziz Peyğəmbərimizin əziz xatirəsini və irsini qorumaq bizim birinci vəzifəmizdir və bunu şərəf hesab edirik.” - deyə o vurğulayıb.

Mövzuya görə xəbərlər