İslamın ləkələnməsi Qərb sivilizasiyalarında tarix boyu davam edən kolonializmin parçasıdır - Sandev Hira

İslamın ləkələnməsi Qərb sivilizasiyalarında tarix boyu davam edən kolonializmin parçasıdır - Sandev Hira

Bakı. TurkicWorld:

İslamın ləkələnməsi, irqçilik Qərb sivilizasiyalarında tarix boyu davam edən kolonializm sistemlərinin parçasıdır.

TurkicWorld-in məlumatına görə, bunu Dekolonial Beynəlxalq Şəbəkə Fondunun katibi Sandev Hira Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində keçirilən "Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları" mövzusunda aralıq sessiyada deyib.

O qeyd edib ki, irqçilik, islamofobiya siyasətindən istifadə edən ölkələr gələcək üçün ciddi təhdidlər yaradırlar.

"Qərb ölkələrinin müstəmləkəçilik tarixinə nəzər saldıqda, islamofobiyanın yaranma tarixini görəcəyik. Onlar düşünürlər ki, insanlar dinlərinə, irqlərinə görə müəyyən siniflərə ayrılır. Avropa alimlərinin əsərlərində irqçilik çox açıq şəkildə görünür", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.