Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, islamofobiyaya məruz qoyulur - Paris İslam Elmləri Fakültəsinin direktoru

Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, islamofobiyaya məruz qoyulur - Paris İslam Elmləri Fakültəsinin direktoru

Bakı. TurkicWorld:

Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, müsəlman ölkəsi olaraq adlandırılıb, islamofobiyaya məruz qoyulur.

TurkicWorld xəbər verir ki, bunu Paris İslam Elmləri Fakültəsinin direktoru Nourredine Belhout "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

"İslamofobiya düşünüldüyü qədər sadə məsələ deyil. Bəzən elə deyirlər ki, sanki bütün Qərb, orada yaşayan hər kəs islamofobdur. Fransada, bəlkə də, 10 milyondan çox müsəlman yaşayır. Orada təzyiqlərə məruz qalır. Hətta şirkət, müəssisə açmaq istədikdə ayrı-seçkilik edilir", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.