Fransada müsəlmanlar dövlət müəssisələrində islamofobiyaya məruz qalır - Gündüz İsmayılov

Fransada müsəlmanlar dövlət müəssisələrində islamofobiyaya məruz qalır - Gündüz İsmayılov

Bakı. TurkicWorld:

Fransada müsəlmanlar dövlət müəssisələrində islamofobiyaya məruz qalır.

TurkicWorld xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

"Fransada 2500 məscid, təxminən 6 milyon müsəlman var. Məscid sayı çox görünə bilər, lakin bu məscidlərin mütləq əksəriyyəti bir otaqdan ibarətdir. Müsəlmanlar ibadət evləri tikəndə maddi imkanları əlverişli olmur, onlar digər müsəlman ölkələrdən maddi yardım aldıqda Fransa buna qarşı çıxır. Deyir ki, həmin ölkələr Fransanı müsəlmanlaşdırmağa çalışır.

Ayrı-seçkilik faktlarının əksəriyyəti müsəlman qadınlar, onların geyimləri ilə bağlıdır", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.