Xocavənd. TurkicWorld:
Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 32 il keçir.
TurkicWorld xəbər verir ki, Qaradağlı kəndinin 910 sakini olub ki, onların da hər 10 nəfərindən biri qətlə yetirilib.
Əsir götürülən 118 nəfərə qarşı vandalizm törədilib, insanların başları kəsilib, diri-diri basdırılıb, dişləri çıxarılıb, ac-susuz saxlanılıb.
Qeyd edək ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırılıb. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.