Son dəqiqə

Azərbaycan Ağdam Füzuli Xocavənd azad olunmuş ərazilər

Azad olunmuş daha bir kənddə evlərin təmirinə başlanılır - 2,3 milyon manat ayrıldı

BAKI,TurkicWorld

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq,yenidənqurmaişləri mərhələli şəkildə davam etdirilməkdədir.

TurkicWorld-in dövlət satınalamalarının vahid internet portalından əldə etdiyi məlumatına görə, bu işlərin davamı kimi Xocavənd rayonunda bir sıra fərdi yaşayış evlərinin təmiri işləri aparılacaq.

Belə ki,görüləcək işlər çərçivəsində rayonun Quzumkənd kəndində fərdi yaşayış evlərinin (40 ev - 6732 m2) təmiri nəzərdə tutulur.

Məlumata əsasən, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Dövlət xidməti sözügedən işlərin icrasını "Bəyaz İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, kənddə qeyd edilən evlərin təmiri 2,3 milyon manata başa gələcək.

Mövzuya görə xəbərlər