Son dəqiqə

Ədliyyə Nazirliyi

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

Bakı. TurkicWorld:

Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynli Cavid Sabir oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən TurkicWorld-a verilən məlumata görə, Sumqayıt şəhər polis idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Cavid Hüseynlinin Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Cavid Hüseynli yanvarın 18-də Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Mövzuya görə xəbərlər