Bakı. TurkicWorld:
Prezident İlham Əliyev A.M.Cəfərova Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında sərəncam imzalayıb.
TurkicWorld xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.