Bakı. TurkicWorld:
Azərbaycan-Türkiyə qardaşlığı danılmazdır.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, Türk dövlətləri ədliyyə nazirləri ilə görüşü zamanı deyib.
Ədliyyə naziri Yılmaz Tunç, Qazaxıstan Respublikasının ədliyyə naziri Azamat Nesipbayeviç, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Qırğız Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sıdıkov ilə görüşüb.
Nazirlikdə Türkiyə dövlətlərinin ədliyyə nazirləri ilə keçirilən ikitərəfli görüşlərdə, nazirliklərin ədliyyə təşkilatçılığının gücləndirilməsi və Türk Dünyası Notariat Birliyinin yaradılması ilə bağlı detallar müzakirə edilib, ölkələr arasında ikitərəfli əlaqələri və məhkəmə əməkdaşlığına dair araşdırmaları qiymətləndirmək imkanı əldə edilib.
Görüşlərdən sonra mətbuata açıqlama verən nazir Tunç, Türk dövlətlərinin ədliyyə nazirləri və nazir müavinlərini Türkiyədə qəbul etməkdən məmnunluğunu ifadə edib.
Türk Dövlətləri Təşkilatına üzv 5 ölkədə notariat prosedurlarının asanlaşdırılması məqsədilə Türk Dünyası Notariat Birliyinin yaradılması ilə bağlı anlaşma memorandu bu gün imzalayacaqlarını bildirən Tunç, əməkdaşlıq və səfərlərinə görə qonaq nazirlərə təşəkkürünü bildirib.
"Bu gün Türk Dünyası Notariat Birlikləri Təşkilatının yaradılması memorandumunun imzalanması ilə bağlı proqramımız olacaq. Bu proqram çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycanın ədliyyə nazirləri də iştirak edəcək",- deyə Türkiyə Ədliyyə naziri bildirib.