Azərbaycanda könüllülük hərəkatı son illər geniş vüsət alıb - Ülvi Mehdiyev

Azərbaycanda könüllülük hərəkatı son illər geniş vüsət alıb - Ülvi Mehdiyev

Bakı. TurkicWorld:

Azərbaycanda könüllülük hərəkatı son illər geniş vüsət alıb. Ötən dövrləri təhlil edərkən də görürük ki, uğurlu nəticələr əldə olunub.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023”ün həmrəylik forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bugüm dövlətin bir çox sturkuturlarında könüllülük təşkilatları mövcuddur.

“Könüllülərimizin dövlət təşkilatlarının fəaliyyət istiqamətlərinə öz töhfəslərini verirlər”, -deyə Ü.Mehdiyev əlavə edib.

Qeyd edək ki, Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023”ün həmrəylik forumu keçirilir. Həmrəylik forumunda Gənclər və İdman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmilər iştirak edirlər.