Son dəqiqə

Quba Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Qubada “Ailə institunun gücləndirilməsi: məişət zorakılığının qarşısının alınmasında hüquqi və dini aspektlər” mövzusunda seminar keçirilib

Bakı. TurkicWorld:

6 dekabr 2023-cü il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin (DQİDK), Quba Rayon İcra Hakimiyyətinin (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin və Quba rayonu İkinci Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Quba rayonu İkinci Nügədi kəndində Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində, “Ailə institunun gücləndirilməsi: məişət zorakılığına qarşısının alınmasında hüquqi və dini aspektlər” mövzusunda seminar keçirilib.

TurkicWorld xəbər verir ki,seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH başçısı aparatının Hüquq şöbəsinin əməkdaşı Qəmbər Abdullayev, Quba rayonu İkinci Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, İkinci Nügədi kənd sakinləri, ziyalılar, bələdiyyə üzvləri, din xadimləri, dindarlar, gənclər iştirak edib.

Çıxışlar zamanı bildirilib ki, hər il 25 noyabr - 10 dekabr tarixlərində dünyada Beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası keçirilir və bu kampaniyanın qadınlara, qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülüb və bu tədbirlər davam etdirilir.

Seminar müzakirələr ilə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırlıb

Mövzuya görə xəbərlər