Son dəqiqə

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı Media Mərkəzi Nizami Kino Mərkəzi Harmoniya sənədli film Mənəvi Dəyərlərin Təbliği Fondu

“Harmoniya” sənədli filminin təqdimatı keçiriləcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçiriləcək.

TurkicWorld xəbər verir ki, film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsidir.

Sənədli film Azərbaycanda dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb. Sənədli ekran əsərində ölkəmizdə multikulturalizm ənənəsinin gündəlik həyatdakı təzahürləri real insan hekayələri ilə təqdim edilir, cəmiyyətimizdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin mövcudluğu izləyiciyə çatdırılır.

Mövzuya görə xəbərlər