Filippində 6,9 bal gücündə zəlzələ baş verib

Filippində 6,9 bal gücündə zəlzələ baş verib

Bakı. TurkicWorld:

Filippində 6,9 bal gücündə zəlzələ baş verib

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) bildirib.

Aras-Asan bölgəsindən 35 kilometr şimal-şərqdə 6,9 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.

Yerin təxminən 30,5 kilometr dərinliyində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Xatırladaq ki, ötən gün Filippində 7,6 bal gücündə zəlzələ baş verib və zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin "Alov halqası" kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Hafiz Rufizoğlu