Bakı. TurkicWorld:
Noyabrın 28-də Aşqabadda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı fotosərgi açılıb.
Azərbaycanın Türkmənistandakı səfirliyindən TurkicWorld-a verilən məlumata əsasən, Aşqabadın “Muğam” Sarayında açılan fotosərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan ilə Türkmənistanın diplomatik münasibətlərini səciyyələndirən fotolar nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev iştirak ediblər. Tədbirə, həmçinin xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin rəhbərləri, əməkdaşları, ailə üzvləri, eləcə də ictimaiyyət və media təmsilçiləri qatılıblar.