Son dəqiqə

Azərbaycan Qırğızıstan

İqbal Babayev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri təyin edilib

Bakı. TurkicWorld:

Dövlət Gömrük Komitəsi sədrinin keçmiş müavini, general İqbal Babayev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Bunu TurkicWorld-un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov təsdiqləyərkən deyib.

O qeyd edib ki, bununla bağlı Baş nazir Əli Əsədov oktyabrın 31-də sərəncam imzalayıb.

Xatırladaq ki, İ. Babayev ötən ilin sonunadək Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Mövzuya görə xəbərlər