Son dəqiqə

Azərbaycan Belarus

Ölkəmizdə bir çox aparıcı vəzifələri qadınlar tutur - Belaruslu nazir müavini

Bakı. TurkicWorld:

Belarusda bir çox aparıcı vəzifələri məhz qadınlar tutur.

TurkicWorld xəbər verir ki, bunu Belarus əmək və sosial müdafiə nazir müavini Maryana Artsiomenka Bakıda "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Bu istiqamətdə balanslı siyasət qurulub. Qadınların müxtəlif sahələrdə iştirakının təmin edilməsi üçün kampaniyaya başlamışıq. İş yerlərində qadınlar üçün komfortluluq təmin edilir. Hazırda qadınlar arasında işsizlik səviyyəsi 3 faizdən çox deyil",- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Mövzuya görə xəbərlər