Bakı. TurkicWorld:
İraqda ictimai və iqtisadi məsələlərdə qadınlar xüsusi yer tutur.
TurkicWorld xəbər verir ki, bunu İraq baş nazirin Qadın Məsələləri üzrə müşaviri Ala Tahsin Habib Talabani Bakıda "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Qadınların səlahiyyətləndirilməsi kimi məsələlər böyük önəm kəsb edir. 2020-2023-cü illər ərzində İraq Dövlət Proqramında qadınların səlahiyyətləndirilməsi öz əksini tapıb. İkincu prioritet məsələ qadınlara qarşı zorakılıqdır. Bu zorakılığı qəti şəkildə pisləyir, qadın və kişi bərabərliyini dəstəkləyirik",- deyə o bildirib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.