Bakı. TurkicWorld:
Qubada təşkil olunan "İdman festivalı"nın 3-cü günü də maraqlı proqramla davam edib.
İdman.biz xəbər verir ki, əvvəlcə Quba Olimpiya İdman Kompleksində idmançılar üzgüçülük üzrə nümunəvi çıxışlar ediblər.
Festival gün ərzində şəhərin mərkəzində, Nizami parkında davam edib. Tədbirin açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdir müavini Nicat Həsənov çıxış edərək festival münasibətilə şəhər sakinlərini təbrik edib, iştirakçılara uğurlar arzulayıblar.
Ardınca 23 idman növündə 13-15 yaşlı idmançılar nümunəvi çıxışlar edib, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılıblar. Festivalda Türkiyə və Keniyadan gələn idmançılar da iştirak edirlər.
Günün sonunda isə şəhərin mərkəzində təntənəli konsert proqramı təşkil olunub. Konsertdə Mardan Bandın və DJ Darkın ifasında bir-birindən maraqlı musiqi nömrələri əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.
İdman.biz