Bakıda İƏT Əmək Mərkəzi fəaliyyətə başlayacaq

Bakıda İƏT Əmək Mərkəzi fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev tərəfindən Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Artıq gələn həftə Bakıda Əmək Mərkəzinin fəaliyyətə başlayacaq.

TurkicWorld xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Əmək Nazirlərinin Bakıda keçiriləcək 5-ci konfransı barədə brifinqdə deyib.

Onun sözlərinə görə, bu mərkəz sosial tərəfdaşlıq, əmək münasibətləri çərçivəsində əməkdaşlığı genişləndirəcək.

"Gələn həftə rəhbər seçiləcək. Qərargah Bakıda fəaliyyət göstərəcək. Mərkəzin birinci mərhələdə DOST mərkəzlərinin birində fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu mərkəzdə 10-dan çox dövlət üzvdür və onlar DOST mərkəzləri ilə təmasda olacaq".