BAKI,TurkicWorld
İraq çərşənbə günü İslam dünyasının problemlərini qorumaq və müsəlman ölkələri arasında inteqrasiyanı gücləndirmək üçün vahid mövqe nümayiş etdirməyə çağırıb.
TurkicWorld ArabAZ-a istanad edərək xəbər verir ki, Azərbaycanın paytaxtı Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransında çıxış edən İraq parlamentinin birinci sədr müavini və nümayəndə heyətinin rəhbəri Adnan Faihan regionun üzləşdiyi böhranlara qarşı birgə addımların atılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, parlament diplomatiyasının və iqtisadi inteqrasiyanın gücləndirilməsi İslam dünyası xalqlarının maraqlarının qorunmasına, təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə birbaşa töhfə verir.
Regional təhdidlər və beynəlxalq hüququn pozulması
Adnan Faihan Fələstin ərazilərinə, xüsusilə Qəzza zolağı və Qüdsə edilən hücumları, Livana qarşı təcavüzü, həmçinin İran İslam Respublikasına yönələn ABŞ və sionist müharibəsini beynəlxalq hüququn açıq şəkildə pozulması və regionun sabitliyinə birbaşa təhdid kimi qiymətləndirib:
“İslam dövlətlərinin suverenliyini qoruyan, xalqların maraqlarını müdafiə edən, region ölkələri arasında gərginliyi və eskalasiyanı dayandırmağa kömək edən vahid İslam mövqeyinə ehtiyac var. Biz xarici müdaxilələri və münaqişələrin həllində kənar güclərə həddindən artıq arxalanmağı rədd edirik.”-deyə o bildirib.
Xüsusilə beynəlxalq ticarət və su yollarının təhlükəsizliyinə yönəlmiş artan təhdidlərə diqqət çəkən İraq rəsmisi, müştərək su və dəniz təhlükəsizliyinin qorunması üçün İslam ölkələrinin səylərini əlaqələndirməsinin zəruri olduğunu bildirib.
Faihan, həmçinin qeyd edib ki, müsəlman ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, daxili qanunvericiliyin təkmilləşdirilməsi, kapitalın hərəkətinin asanlaşdırılması və birgə investisiyaların təşviqi ərzaq və iqtisadi təhlükəsizliyin təmin edilməsində, xarici təzyiqlərə müqavimət göstərilməsində mühüm rol oynayır.
Çıxışının sonunda parlamentin birinci sədr müavini İraqın dialoq və inteqrasiyaya inandığını, İslam dünyasında davamlı inkişafı və sabitliyi hədəfləyən bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.







