Kubanın Baş naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Kubanın Baş naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Kuba Respublikasında işgüzar səfərdədir.

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətini Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruz qəbul edib.

Görüşdə Kuba Respublikasının Baş naziri Azərbaycan və Kubanın tarixi milli liderləri arasındakı münasibətlərin xalqlar arasındakı əlaqələrin səviyyəsinə əhəmiyyətli təsirini qeyd edib və bundan məmnunluğunu bildirib.

Baş nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatının beynəlxalq arenadakı nüfuzunun yüksəldiyini və aparıcı siyasi qüvvəyə malik təşkilata çevrildiyini xüsusilə vurğulayıb.

Manuel Marrero Kruz son dövrlər ölkələr arasındakı təmasların artdığını və müxtəlif sahələrdə birgə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.

Azərbaycan Republikasının səhiyyə naziri Teymur Musayev səmimi qəbul və qonaqpərvərliyə görə Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruza təşəkkürlərini bildirib. Nazir, bu səfərin ölkə rəhbərləri arasındakı münasibətlərin məntiqi nəticəsi olduğunu qeyd edib.