Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir

Bakı. TurkicWorld:

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir.

TurkicWorld xəbər verir ki, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edir.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Bu il Azərbaycanda Ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunması çərçivəsində silsilə beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Türk Dünyası II Meteorologiya Forumudur.

Forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda iqlim dəyişmələrinə milli uyğunlaşma Planının hazırlanması çərçivəsində keçirilir.

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilib.