Fərid Qayıbov: "İlin sonuna qədər belə tədbirlər davam edəcək"

Fərid Qayıbov: "İlin sonuna qədər belə tədbirlər davam edəcək"

Bakı. TurkicWorld:

"Bu “Qələbə qaçışı"nı artıq 3-cü dəfədir keçiririk. Hər dəfə iştirakçıların sayının artması bizi sevindirir".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Qələbə qaçışı"ndan danışarkən deyib.

Naziri bildirib ki, hamı bu gün qaçışda qürurla iştirak edib: "Bütün finişə çatan iştirakçıları təbrik edirəm. Biz kütləvi tədbirlərə çox önəm veririk. Nəinki paytaxtda, regionlarda da bu tədbirlər keçirilir. İlin sonuna qədər belə tədbirlər davam edəcək".

Qeyd edək ki, 2021-ci ildən keçirililən "Qələbə qaçışı" xeyriyyə məqsədi ilə keçirilib. “Qürurla irəli” şüarı altında keçirilən və 1660 iştirakçının qatıldığı qaçış Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb.

Qaçışın qalibi Aleksandr Yatsenka olub. Finiş xəttinə Toğrul Məmmədli ikinci, Bəxtiyar Əsgərli isə üçüncü çatıb.

Emin Ağa

İdman.biz