Azərbaycan gimnastları tamblinq üzrə komanda hesabında dünya çempionu olublar

Azərbaycan gimnastları tamblinq üzrə komanda hesabında dünya çempionu olublar

Bakı. TurkicWorld:

Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan millisi batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıblar.

Gimnastika Federasiyasından TurkicWorld-a verilən məlumata görə, yığma Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə komanda hesabında birinci yerə layiq görülüb.

Qeyd edək ki, dünya çempionatı Böyük Britaniyanın Birmingem şəhərində keçirilir.