Son dəqiqə

Azərbaycan Türkiyə Qazaxıstan Özbəkistan Qırğızıstan

Türkdilli Dövlətlərin birinci beynəlxalq badminton turnirinə yekun vurulub

Bakı. TurkicWorld:

Şamaxı İdman Olimpiya Mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Türkdilli Dövlətlərin birinci beynəlxalq badminton turnirinə yekun vurulub.

TurkicWorld xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın iştirak etdiyi, 3 gün davam edən yarışda 5 kateqoriya üzrə qaliblər müəyyənləşib. Azərbaycan bamdintonçuları turnirdə 2 qızıl medal qazanıblar.

Məlumata əsasən, kişi badmintonçuların şəxsi yarışında idmançımız Diki Pangestu gərgin və maraqlı mübarizə şəraitində keçən həlledici görüşdə Türkiyə təmsilçisi Emre Laleyə 3 setin yekunda qalib gələrək qızıl medala sahib çıxıb. Daha bir qızıl medalı qarışıq qoşa yarışında Muhammad Kadafi-Era Maftuha tandemi hesabımıza yazdırıb. Badmintonçularımız müvafiq kateqoriya üzrə finalda Türkiyəni təmsil edən Buğra Aktaş-Sinem Yıldız qoşasına hər iki setdə qalib gələrək turnirin qalibi adını qazanıb.

Qadın badmintonçuların şəxsi yarışında təmsilçimiz Era Maftuha türkiyəli Özge Bayraka, Kişi badmintonçuların qoşa yarışında isə Diki Pangestu-Muhammad Kadafi Türkiyə badmintonçuları Serhat Salim-Yusuf Ramazana uduzub. Qadın badmintonçuların qoşa yarışının finalıında isə Türkiyə təmsilçiləri İlayda Nur-Sare Ece qoşası finalda Qazaxıstan badmintonçuları Aişa Zumabek-Nargiza Raxmatullayeva duetinə qalib gəlib.

Mövzuya görə xəbərlər