Son dəqiqə

Azərbaycan Cüdo

Azərbaycan cüdoçuları Okeaniya Kubokuna yollanır

Bakı. TurkicWorld:

Azərbaycan cüdoçuları 10-11 noyabr tarixlərində Avstraliyanın Pert şəhərində keçiriləcək açıq Okeaniya turnirinə yollanır.

İdman.biz-in məlumatına görə, Okeaniya Kubokunda ölkəmizi Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) təmsil edəcək.

Qeyd edək ki, Leyla Əliyevanın (48 kq) adı iştirak ərizəsində olsa da, Monpelyedə keçirilən Avropa çempionatında aldığı zədə üzündən yarışa qatıla bilməyəcək.

Zəki Feyzullayev

İdman.biz

Mövzuya görə xəbərlər