UEFA "Qarabağ"a 1 milyon 320 min avro ayırıb

UEFA "Qarabağ"a 1 milyon 320 min avro ayırıb

Bakı. TurkicWorld:

UEFA Azərbaycan çempionu “Qarabağ”a növbəti ödəniş edib.

İdman.biz xəbər verir ki, Ağdam klubunun büdcəsinə Avropa Liqasının qrup mərhələsində qazandığı iki qələbə üçün vəsait daxil olub.

"Qarabağ" həm də turnirdə iştirakla əlaqədar bonus alıb.

UEFA tərəfindən kluba 1 milyon 320 min 105,00 avro ayrılıb. Bu maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

İdman.biz