Son dəqiqə

Azərbaycan idman

Atil Ağamirov: “Hər bir idman növündə ciddi irəliləyişlər görürük” - MÜSAHİBƏ

Bakı. TurkicWorld:

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti Atil Ağamirovun İdman.biz saytına müsahibəsi

- Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının hazırkı durumu nə yerdədir? İşlər necə gedir?

- 2022-ci ilin oktyabrında Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçərək ölkənin idman siyasətinə öz töhfəsini verməyə başlayıb. Fəaliyyət istiqamətimiz hazırda üzvlərimiz olan yapon döyüş növlərinin inkişafına dəstək vermək, bu sahədəki çatışmazlıqları olan çatışmazlıqları aradan qaldırmaq və insanlarımızın bu döyüş növlərinə marağını artırmaqdır.

- Assosiasiyanızın adında mədəniyyət sözü də yer alıb. Bu nə ilə bağlıdır?

- Bu, yapon mədəniyyətinin gözəllik və incəliklərini xalqımıza çatdırmaqdır. Əsas vəzifəmiz assosiasiyamızın iki dövlət arasında olan dostluq, idman və mədəni əlaqələrinin inkişafı yönündə işlər aparmaqdan ibarətdir.

- Rəhbərlik etdiyiniz qurumun tərkibinə bir çox idman növləri daxildir. Onlardan ən çox hansılara maraq var?

- Assosiasiyanın tərkibində sumo, aykido (yoşinkan, aikikay, tomiki), ciu-cutsu, kendo, iaido, kyudo, daito-ryu aikijutsu kimi idman növləri daxildir. Təbii ki, hazırda uzun illər ənənəsi olan idman növlərinə maraq daha yüksəkdir. Bunlara aykido, sumo, ciu-cutsunu fərqləndirmək olar. Lakin digər növlərdə də insanlarda marağın artdığını müşahidə edirik. Xüsusilə kendo, iaido (qılınc) və kyudonu misal göstərmək olar. Bu səbəbdən hazırda kendo və iaido idman növləri üzrə Su İdman Sarayında məşqlərimiz davam edir. Fürsətdən istifadə edib, bu növlərlə məşğul olmaq istəyənləri məşqlərimizə dəvət edirəm. Eyni zamanda, tarixin ən güclü iaido (qılınc)ustası, 6 dəfə Ginnesin rekordlar kitabına düşmüş İsao Machii sensey assosiasiyamızın fəxri üzvüdür.

- Nəticəyə görə ən uğurlu idman növü olaraq hansıları fərqləndirərdiz?

- Assosiasiyanın tərkibində olan idman növləri arasında yarışı olan və olmayan, Azərbaycanda yeni yaranan, həmçinin yaranacaq idman növləri mövcuddur. Bu məsələdə müqayisə etməklə uğurlu nəticəni təyin etməyə çalışırıq. Nəticə etibari ilə hər bir idman növündə ciddi irəliləyişlər görürük.

- Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının gələcəkdə ölkəmizdə hansısa beynəlxalq yarışı təşkil etməsi gözlənilirmi?

- Təbii ki, biz bu istiqamətdə xüsusilə çalışırıq. Məsələn, oktyabrın 5-də Yaponiyanın paytaxtı Tokioda Ümumdünya Sumo Federasiyasının illik iclasında 2026-cı ildə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyi qəbul olunub.

Mövzuya görə xəbərlər