Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirir

Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirir

Bakı. TurkicWorld:

Qazimiz Oğuz rayonunun, Padar kənd sakini, 1998- il təvəllüdlü Zakirov Ramin Emin oğlu TƏBİB-in tabeliyində olan Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edib. Ramin Zakirov xəstəxananın II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən müayinə edilib, xəstəyə kəskin appendisit diaqnozu qoyulub. Xəstəyə appendektomiya cərrahi əməliyyatı həkim cərrah Sahib Hüseynov tərəfindən icra olunub. Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova və II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynova öz minnətdarlığını bildirib.

Qeyd edək ki, II Qarabağ müharibəsi qazisi Ramin Zakirov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Zakirov “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.