Naxçıvan DİN-in əməkdaşları atış təlimində iştirak ediblər

Naxçıvan DİN-in əməkdaşları atış təlimində iştirak ediblər

Bakı. TurkicWorld:

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları atış təlimində iştirak ediblər.

TurkicWorld-un məlumatına görə polis əməkdaşları təlim mərkəzində odlu silahla davranış qaydalarından və silahdan istifadə zamanı təhlükəsizliklə bağlı biliklərini təkmilləşdiriblər.

Təlimdə qanunvericiliyin tələbinə uyğun olaraq xidməti silahın tətbiqi ilə bağlı əməkdaşlara məlumat verilib.