Son dəqiqə

Azərbaycan Baş prokurorluq MDB Kamran Əliyev

Bakıda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası keçirilir

Bakı. TurkicWorld:

Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilir.

TurkicWorld xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Anti-terror mərkəzinin məsul şəxsləri iştirak edir.

Xatırladaq ki, MDB üzv dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası ötən il 24 iyunda Belarusun paytaxtı Minsk şəhərində keçirilib.

Şuranın bu il keçirilən iclasının Bakıda təşkil olunması qərara alınıb.

Mövzuya görə xəbərlər