Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir

Bakı. TurkicWorld:

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli TurkicWorld-ə açıqlamasında deyib ki, dünəndən etibarən Şuşadakı seysmik stansiyanın quyusunun qazılması işlərinə başlanılıb.

"Quyu 100 metr dərinlikdə olacaq. Məlum olduğu kimi, Şuşadakı seysmik stansiyanı Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) hədiyyə edib və həmin stansiya quyudibi stansiyadır", - deyə o qeyd edib.