Son dəqiqə

Beynəlxalq Universitet İdman Festivalı

İdmançılarımız Beynəlxalq Festivalda növbəti nailiyyətlərə imza atıblar

Bakı. TurkicWorld:

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

TurkicWorld xəbər verir ki, ölkəmizi sambo idman növündə təmsil edən Nihat Məmmədli (58 kq) rəqibi Rusiya təmsilçisi Ali Miaqtiyev ilə təsəlliverici görüşdə texniki qalibiyyət qazanıb. İdmançımız bürünc medal uğrunda yarışa davam edəcək.
64 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Elvin Bağırov rusiyalı Nikolay Lukiançuku mübarizədən məğlub edib 2:1. Bununla da idmançımız bürünc medal uğrunda döyüşməyə vəsiqə qazanıb.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Mövzuya görə xəbərlər