Son dəqiqə

Beynəlxalq Universitet İdman Festivalı

Azərbaycanın daha iki boksçusu yarımfinala yüksəldi

Bakı. TurkicWorld:

Boksçularımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında yarımfinala yüksəlib.

TurkicWorld xəbər verir ki, ölkəmizi təmsil edən Marjona Savrieva 50 kq çəkidə çıxış edərək rusiyalı boksçu Çaşina Elenoranı məğlub edib və yarımfinala yüksəlib. Bununla da həmyerlimiz ən azı bürünc medalı təmin edib.

52 kq çəkidə çıxış edən boksçumuz Zeynəb Rəhimova Rusiya təmsilçisi Nadejda Ermilovo ilə döyüşdə qalib olub.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi,15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

Mövzuya görə xəbərlər