Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək

Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək

Bakı. TurkicWorld:

Azərbaycanın ikinci böyük şəhəri - Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva məlumat verib.

O bildirib ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleks tikilir.

"Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. 2025-ci ildə III MDB Oyunları Gəncə şəhərində keçiriləcək. Düşünürəm ki, biz əsas olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi olan qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik", - deyə Mariana Vasileva bildirib.