Gimnastlarımız MDB Oyunlarında bürünc medal qazanıb

Gimnastlarımız MDB Oyunlarında bürünc medal qazanıb

Bakı. TurkicWorld:

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan komandası Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunlarında bürünc medal qazanıb.

Bu barədə TurkicWorld-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri komandası buna çoxnövçülük proqramında nail olub.