İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə yay məktəbinə göndərilib

İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə yay məktəbinə göndərilib

Bakı. TurkicWorld:

İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini İbrahim Zeynalov və bir sıra beynəlxalq və Respublika səviyyəli yarışların qalibi, Quba FRİTL-in şagirdi Tofiq Bayramov MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə yay məktəbinə göndərilib.

Bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli TurkicWorld-ə bildirib.

“MÜSİAD Azərbaycan olaraq dəyərlərimizə uyğun olaraq, gələcəyimizin təminatçısı olan övladlarımızı, gənclərimizi dəstəkləmək prioritetimizdir”, - deyə o bildirib

R.Cabirli, İbrahim və Tofiqin vətənə, millətə layiqli və faydalı övlad olacağına inamının yüksək olduğunu bildirib.

“İbrahim və Tofiqin timsalında bütün yeniyetmələrə müvəffəqiyyətlər arzu edirik. Səfər çərçivəsində yeniyetmələrimiz MÜSİAD-ın Londonda ofisini də ziyarət edəcəklər”, - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl MÜSİAD Azərbaycan ingiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalov ilə, daha bir balaca həmyerlimiz Bayramov Tofiq Hacıbaba oğlunu İngiltərəyə oxumağa göndərəcəyini bildirmişdi.

Məlumat üçün bildirək ki, Bayramov Tofiq 2008-ci ildə Quba şəhərində doğulub və hal hazırda orada yaşayır. Quba Fizika İnformatika Təmayüllü liseyi şagirdi olan Tofiq, bir sıra beynəlxalq və Respublika səviyyəli yarışların iştirakçısı və qalibidir. O əsasən müxtəlif robotların hazırlanması,oyuncaq avtomobillərin modifikasiya ilə məşğuldur.

2022-ci ildə Bakıda keçirəln beynəlxalq STEM yarışmasında "SURVİVOR" axtarış və xilasetmə robotunun hazırlanması layihəsi uzrə qızıl medalla təltif edilib və "Yaxşıların Yaxşısı" seçilib.

Xınalıq kənd sakini İbrahim Zeynalovun sosial şəbəkələrdə Qubanın Xınalıq kəndində polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.

13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib.