Son dəqiqə

MÜSİAD Orxan Məmmədov MÜSİAD Azərbaycan

İşğaldan azad edilmiş torpaqların geniş iqtisadi potensialı aqrar sahə üçün mühüm imkanlar yaradacaq -Orxan Məmmədov

Bakı, TurkicWorld:

İşğaldan azad edilmiş torpaqların iqtisadi baxımdan geniş potensialının olması kənd təsərrüfatı və aqrar sahə üçün mühüm imkanlar yaradacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri KOBİA İdarə heyətinin sədri Orxan Məmmədov MÜSİAD Azərbaycan tərəfindən təşkil edilən Kənd Təsərrüfatı və Qida Forumunda çıxışı zamanı deyib.

“İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı ilə bağlı mühüm işlər görülür.

“Böyük qayıdış çərçivəsində Ağalıda həyata keçirilən “Ağıllı Kənd” layihəsinin kənd təsərrüfatının inkişafında mühüm rolu var. Qardaş ölkə Türkiyə də işğaldan azad edilən ərazilərimizdə, xüsusilə, kənd təsərrüfatı sahəsində layihələrini uğurla icra edir və investisiya qoyur”, - deyə o vurğulayıb.

KOBİA sədri onu da bildirib ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılmasını əhatə edir.

“Yaşıl dəhliz” buraxılış sisteminin əsas məqsədi idxal-ixrac əməliyyatlarını sadələşdirməkdir. İşğaldan azad edilmiş torpaqların iqtisadi baxımdan geniş potensialının olması kənd təsərrüfatı və aqrar sahə üçün mühüm imkanlar yaradacaq.

Xatırladaq ki, bugün Bakıda MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Qida və Kənd Təsərrüfatı Forumunun açılış mərasimi keçirilib.

Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması Forumunun rəsmi media tərəfdaşı seçilib.

Mövzuya görə xəbərlər